Atlantik Şuranın Avrasiya Mərkəzinin baş direktoru Con E. Herbst yeni seçilmiş prezident Donald Trampın Ukraynadakı hadisələrlə bağlı siyasətləri barədə iddia edib: “ABŞ, NATO müttəfiqləri və Ağ Evin digər müttəfiqləri üçün milli təhlükəsizliyə ən böyük təhdid Rusiya, Çin, İran və Şimali Koreyanın getdikcə daha aqressiv iştirakıdır.”
O, hesab edir ki, bu təhlükənin mərkəzi Ukraynadır və Rusiya Prezidenti Vladimir Putinin hərəkətləri regionda daha böyük müharibəyə səbəb ola biləcək növbəti təxribatların müqəddiməsidir.
Beynəlxalq əlaqələr üzrə ekspert iddialarını belə davam etdirib: “Rusiyanın Ukraynada qələbəsi ehtimalı indi Şimali Koreya hərbi qüvvələrinin Avropada olması ilə güclənir. Bu, Çinin Tayvana doğru irəliləməsinə səbəb olacaq.”
Sizin rəyiniz